“Kəpəz” bu vacib problemi həll edə bilməyib - RƏSMİ AÇIQLAMA

26.07.2022 16:10 714
Ölkə futbolu / Manşet
Yeni mövsümdən elitada çıxış edəcək “Kəpəz”in hələ də rəsmi saytı yoxdu.

Klub rəsmiləri səhifənin çempionat başlayana qədər hazır olacağı bildiriblər. Yeni mövsümün avqustun 5-də start götürəcəyini nəzərə alsaq, artıq ilk oyuna sayılı günlər qalıb. Görəsən, Gəncə təmsilçisinin rəsmi saytı hazırdı? Bu haqda məlumat almaq üçün klubun mətbuat katibi Azad Mustafayevlə əlaqə saxladıq. Onun “Football-plus.az” saytına açıqlaması belə oldu:

“Xeyr, saytımız hələ hazır deyil. Çempionat başlayana kimi hazır olacaq. Lakin dəqiq vaxt bilinmir”.


ŞAİR ABDULLA