Klubdan verilən açıqlamalarda səhifənin çempionat başlayana qədər hazır olacağı bildirilirdi. Yeni mövsümün avqustun 5-də start götürəcəyini nəzərə alsaq, artıq ilk oyuna sayılı günlər qalıb. Görəsən, Tovuz təmsilçisinin rəsmi saytı hazırdı? Bu haqda məlumat almaq üçün klubun mətbuat katibi Süleyman Tağıyevlə əlaqə saxladıq. Onun “Football-plus.az” saytına açıqlaması belə oldu:
“Saytımız, demək olar, hazırdı. Sadəcə, məlumatların, yazıların yerləşdirilməsi qalıb. Hazırda bu işlər gedir. Komandanın heyəti, əvəzedicilər, aşağı yaş qrupları haqda məlumatlar hazırda sayta yerləşdirilir. Bu prosesin tamamlanması avqustun əvvəllərinə planlaşdırılır. Ola bilər ki, çempionatın ilk oyununa çatmasın, amma ikinci matça kimi mütləq hazır olacaq”.
ŞAİR ABDULLA




