"İşimiz yarımçıq qalıb" - "Aris"in rəsmisi

26.07.2022 15:01 542
Konfrans Liqası
“Neftçi”nin Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Aris”in mətbuat xidmətinin rəhbəri Kostas Papadopulos açıqlama verib.

"Football-plus.az" xəbər verir ki, yerli mətbuata danışan klub rəsmisi “Neftçi”nin Bakıda daha yaxşı oynayacağını deyib:

"İşimiz yarımçıq qalıb, bitirməliyik. Cavab matçında "Neftçi"nin daha yaxşı çıxış edəcəyini gözləyirik. Buna görə ehtiyatlı olmalıyıq".

“Neftçi” ilk matçda “Aris”ə 0:2 hesabıyla uduzub. Cavab oyunu iyulun 28-də Bakıda olacaq.