"Neftçi"nin rəqibindən növbəti qələbə

30.06.2022 11:24 561
Dünya futbolu
"Neftçi"nin Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi "Aris" növbəti yoxlama matçına çıxıb.

"Football-plus.az" xəbər verir ki, Kipr təmsilçisi Latviyanın "Skantes" klubu ilə üz-üzə gəlib. Görüş "Aris"in qələbəsi ilə baçşa çatıb - 3:1.

Limassol təmsilçisi Latviyadakı ilk sınaq oyununda yerli "Riqa"nı 4:0 hesabıyla məğlub etmişdi.

"Neftçi" "Aris"lə iyulun 21-də səfərdə, 28-də isə Bakıda qarşılaşacaq.