"Neftçi"nin rəqibi Xorvatiya klubuna uduzdu

6.07.2022 22:32 452
Dünya futbolu
“Neftçi”nin Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi “Aris” yoxlama oyunu keçirib.

"Football -plus.az" xəbər verir ki, Kipr təmsilçisi Xorvatiyanın “Slaven” klubu ilə qarşılaşıb. Görüş limassolluların məğlubiyyəti ilə başa çatıb – 2:4.

“Neftçi” “Aris”lə ilk oyunu iyulun 21-də səfərdə keçirəcək. Komandalar arasındakı cavab matçı bir həftə sonra Bakıda olacaq.