"Aris" rəsmisi "Neftçi"ni favorit hesab edir - AÇIQLAMA

21.06.2022 17:02 436
Konfrans Liqası
"Neftçi"nin Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi "Aris"in mətbuat xidmətinin rəhbəri Kostas Papadopulos açıqlama verib.

"Football-plus.az" xəbər verir ki, yerli mətbuata danışan klub rəsmisi Azərbaycan təmsilçisi ilə matçlar haqda danışıb:

"Avrokuboklara belə tez başlayan komandanın tam hazırlaşması mümkün deyil. Çalışdığımız qədər hazırlıqlı olmağa çalışacağıq. "Neftçi" favoritdi. Lakin biz də mərhələ adlamaq istəyirik".