"Neftçi"nin rəqibi yeni hücumçu transfer etdi

21.07.2022 15:47 500
Konfrans Liqası
“Neftçi”nin Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Aris” (Kipr) heyətini yeni futbolçu ilə gücləndirib.

"Football-plus.az" xəbər verir ki, Limassol təmsilçisi İsveçin “Hammarbü” klubundan hücumçu Leo Benqstonu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 24 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalanıb.

“Aris” bu gün “Neftçi”ni qəbul edəcək. Matç saat 21.30-da başlayacaq. Komandalar arasındakı cavab oyunu iyulun 28-də Bakıda olacaq.