"Neftçi"ni və azarkeşlərini sevindirəcək xəbər

26.07.2022 11:35 507
Konfrans Liqası
“Aris”in futbolçusu Matiya Şpolyariç Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Neftçi” ilə cavab oyununu buraxacaq.

"Football-plus.az" xəbər verir ki, bu barədə Kipr mətbuatı məlumat yayıb. Əzələsində problem yaranan yarımmüdafiəçi Limassol təmsilçisi ilə Bakıya gəlməyəcək.

“Neftçi” ilk matçda “Aris”ə 0:2 hesabıyla uduzub. Cavab oyunu iyulun 28-də Bakıda olacaq.