Braziliyalı forvard "Sabah"a təşəkkür etdi

15.07.2022 10:00 363
Premyer-liqa
"Sabah"la yolları ayıran Lukas Rangel şəxsi "instaqram" hesabında maraqlı paylaşım edib.

Football-plus.az xəbər verir ki, braziliyalı forvard "bayquşlar"la vidalaşıb:

“Gözəl dostlar qazandığım bu komandanın bir hissəsi olmaq mənim üçün xoş idi. Təşəkkürlər, “Sabah”! Uğurlar arzu edirəm”.

Rangel “Sabah”la premyer-liqada 8 oyunda 2 qol, 2 məhsuldar ötürmə edib. O, müqavilə ilə məxsus olduğu Ukrayna “Vorskla”sına qayıdıb.