"Sabah"ın üzvü karyerası ilə bağlı qərarını verdi - RƏSMİ

15.07.2022 00:17 396
Premyer-liqa
"Sabah" futbolçusu Lukas Rangellə yollarını ayırıb.

Football-plus.az xəbər verir ki, braziliyalı hücumçu ilə müddəti başa çatan icarə müqaviləsi yenilənməyib.

Rangel "bayquşlar"ın həyətində premyer-liqada 8 oyunda 2 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

27 yaşlı futbolçu müqavilə ilə məxsus olduğu "Vorskla"ya (Ukrayna) qayıdıb.