"Sabah" braziliyalı futbolçu Lukas Rangellə anlaşıb. 27 yaşlı hücumçunun son klubu "Vorskla" olub.
O, müharibə səbəbindən Ukrayna çempionatı dayandırılana qədər 12 oyunda 4 qol vurub. Rangel Braziliyadan Avropaya gəldikdən sonra Albaniya (Kukesi), Avstriya (Kapfenberq), Finlandiya (KuPS) və Türkiyə (Adanadəmirspor) klublarında çıxış edib. Futbolçu "Vorskla" ilə mövsümün əvvəlində 2023-cü ilədək müqavilə bağlasa da, məlum səbəbdən FİFA Ukrayna və Rusiya çıxış edən legionerlərə azad agent statusu verib.