"Sabah"ın futbolçusu Lukas Rangel Braziliya mətbuatına açıqlama verib.
"Football-plus.az" xəbər verir ki, forvard premyer-liqanın
26-cı turunda "Səbail"lə matçda (2:0) qol vurmasıyla bağlı təəssüratlarını bölüşüb:
"Əvvəlcədən fərqlənməyə çalışırdım, lakin alınmamaqda israr edirdi. Şükürlər olsun ki, qol vura bildim. Fərqlənmək hər zaman sevinc səbəbidi. Ümid edirəm ki, qol vurmağa və "Sabah"a kömək etməyə davam edəcəm".
26 yaşlı futbolçu Azərbaycana gəlməsindən də söz açıb:
"Ukraynanı tərk etmək üçün çox çətin anlar yaşadım. Bu, şübhəsiz ki, fiziki durumuma da təsir etdi. Bir neçə gün düzgün qidalanmadım, yatmadım, məşq etmədim. Psixoloji problemlərim oldu. Yaşadıqlarım, şübhəsiz ki, ən ağır şeylərdi. Son bir neçə oyunda özümü daha yaxşı hiss edirəm və inkişaf etdiyimi görürəm".
Rangel bu ilin martında "Vorskla"dan (Ukrayna) "Sabah"a keçib. O, Azərbaycan təmsilçisində 6 oyunda 2 qol vurub.