“Football-plus.az” saytına daxil olan məlumata görə, 33 yaşını ötən ayın 25-də qeyd edən məşqçi yaxın günlərdə “Sumqayıt”la müqavilə bağlayacaq. Onun artıq klub rəhbərliyi ilə görüşüb razılığa gəldiyi bildirilir.
Xatırladaq ki, Cavadov qısa müddət “kimyaçılar”da çalışmaq imkanı qazanıb. O Qazaxıstana yollanmamışdan öncə, məşqçilik kayerasının başlanğıcında, daha dəqiq desək, ötən ilin sentyabrından dekabrına qədər “Sumqayıt”ın U-17 komandasının “sükanı arxasında” olub. Bu dəfə isə onun əvəzedicilərə baş məşqçi təyin olunacağı deyilir.
Məsələyə aydınlıq gətirmək üçün Vaqif Cavadovla əlaqə saxladıq. B kateqoriyalı məşqçi deyilənləri təsdiq etdi, ancaq hansı komandada çalışacağının dəqiqləşmədiyini bildirdi:
“Bəli, bu günlərdə “Sumqayıt” rəhbərliyi ilə görüşümüz oldu. Rəsmi olmasa da, razılıq əldə olunub. Ancaq bir suala aydınlıq gəlməyib ki, yaxın günlərdə buna da nöqtə qoyulacaq. Söhbət hansı komandanı çalışdıracağımdan gedir. Bu əvəzedici heyət də ola bilər, akademiyanın hansısa yaş qrupu da”.
RƏŞAD



