İspaniya millisinin üzvü "Real Sosyedad"da

7.07.2022 10:55 427
Dünya futbolu
“Real Sosyedad” heyətini yeni futbolçu ilə gücləndirib.

"Football-plus az" xəbər verir ki, La Liqa təmsilçisi “Selta”dan Brais Mendesi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 25 yaşlı vingerlə 6 illik müqavilə imzalanıb.

“Real Sosyedad” futbolçu üçün “Selta”ya 15 milyon avro ödəyib.

Mendes İspaniya yığmasına da dəvət alır.