"Borussiya"dan rekord transfer

6.07.2022 22:52 523
Dünya futbolu
“Borussiya” (Dortmund) heyətini yeni futbolçu ilə gücləndirib.

"Football-ppus.az" xəbər verir ki, Bundesliqa təmsilçisi “Ayaks”dan Sebastyen Alleni transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı hücumçu ilə 4 illik müqavilə imzalayıb.

“Borussiya” Fil Dişi Sahili yığmasının da üzvü olan forvard üçün 35 milyon avro ödəyib. Bu, Dortmund klubunun tarixinin rekord transferidir.

Alle ötən mövsüm 42 oyunda 34 qol, 9 məhsuldar ötürmə ilə yadda qalıb.