"Qəbələ"nin rəqibi "Real Sosyedad"ın futbolçusunu heyətinə qatdı

4.07.2022 19:16 419
Dünya futbolu
"Qəbələ"nin Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi "Fehervar" heyətini yeni oyunçu ilə gücləndirib.

"Football-plus.az" xəbər verir ki, Macarıstan təmsilçisi "Real Sosyedad"dan Pavel Pokornini icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı slovak yarımmüdafiəçi 2022/2023 mövsümünü "Fehervar"da keçirəcək.

"Qəbələ" "Fehervar"a qarşı ilk oyununu iyulun 21-də səfərdə, cavab matçını isə 1 həftə sonra Qəbələdə keçirəcək.