
Dünya futbolu
87
26.05.2022, 16:58
Alonso qəti qərara gəldi
Xabi Alonso ilə bağlı bir neçə gün əvvəl yayılan xəbər doğru çıxıb.
“Real Sosyedad”ın ikinci komandasının baş məşqçisi iyunda klubdan ayrılacaq. O, İspaniya klubu ilə iyunun 30-da qüvvədən düşəcək müqaviləsini yeniləmək istəməyib. “Liverpul”, “Real”, “Bavariya” və İspaniya yığmasının keçmiş yarımmüdafiəçisi “Real Sosyedad-2”ni 2019-cu ildən çalışdırır.
Komandanın 2-ci diviziondakı işləri isə olduqca pisdi. Baskoniya təmsilçisi mövsümün sonuna 1 tur qalmış 22 komanda arasında 19-cu yeri tutur. Yeri gəlmişkən, 40 yaşlı Alonsonun yeni mövsümdən “Brügge”ni çalışdıracağı iddia edilir.