Klubuna 36 yaşında da gərək oldu

30.04.2022 22:10 508
Dünya futbolu
David Silva klubundan aldığı yeni təklifi müsbət cavablayıb.

"Football-plus.az" xəbər verir ki, 36 yaşlı yarımmüdafiçi “Real Sosyedad”la yeni müqavilə imzalayıb. İspaniya klubunun saytının yaydığı xəbərə görə, onunla müqavilənin müddəti 2022/23 mövsümünün sonuna kimi artırılıb.

David “Real Sosyedad”a 2020-ci ildə “Mançester Siti”dən keçib. O, bu mövsüm La Liqada meydana çıxdığı 22 oyunda 1 qol vurub.