Bu barədə "Football-plus.az"a "qırmızı-qaralar"ın idman direktoru Səbuhi Səfiyarlı məlumat verib. Klub rəsmisi ən qıs müddətdə yeni çalışdırıcı ilə anlaşmaq niyyətində olduqlarını dilə gətirib:
"Hədəf odu ki, komanda "Neftçi" ilə matçdan sonra yeni baş məşqçisinin rəhbərliyi altında bir araya gəlsin. Çünki həmin oyunun ardından çempionatda millinin oyunları ilə bağlı üç həftə davam edəcək fasilə yaranacaq. Bu müddət baş məşqçinin komanda ilə tanışlığı və hazırlıq prosesi üçün böyükdü. Artıq baş məşqçi namizədlərimizin sayı azalıb. Ümid edirik ki, ən qısa müddətdə bu məsələyə nöqtə qoyulacaq".
Xatırladaq ki, bölgə təmsilçisi 4 xalla 8-ci pillədə qərarlaşıb. "Qəbələ" - "Neftçi" oyunu sentyabrın 18-i, saat 17.30-da start götürəcək.
KƏNAN BAHADIR






