"Qarabağ" - “Şəfa" oyununun biletləri satışdadı

15.09.2026 19:38 63
Ölkə futbolu
Misli premyer-liqasının 6-cı turunda keçiriləcək "Qarabağ" - “Şəfa" görüşünün biletləri satışa çıxarılıb.

"Football-plus.az" xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir və 5-20 manat aralığındadı.

Azarkeşlər biletləri iTicket.az-da onlayn əldə edə bilərlər.

Matç günü biletlər stadionun kassalarından və ya iTicket.az-da satışda olacaq.

Qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.

Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyuna sentyabrın 18-i, saat 19.45-də start veriləcək.