AFFA-da struktur dəyişikliyi - yeni kadrlar kimdi?

16.09.2026 09:35 36
Ölkə futbolu
AFFA-da struktur dəyişiklikləri çərçivəsində şöbənin rəhbərliyinə və mətbuat xidmətinə yeni kadrlar cəlb edilib.

"Football-plus.az" xəbər verir ki, təyinatlara əsasən, Media və İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri vəzifəsini Murad Axundov icra edəcək.

Məlumata görə, AFFA-nın yeni mətbuat katibi vəzifəsinə Aida Əliyeva, aşağı yaş qrupları və liqalar üzrə mətbuatla iş üzrə məsul şəxs vəzifəsinə isə Kənan Səfərəliyev təyin olunub.