"Neftçi"nin rəqibi adaşı ilə qarşılaşacaq

22.06.2022 10:28 545
Konfrans Liqası
Cənubi Kiprin "Aris" klubu növbəti yoxlama oyununu keçirəcək.

"Football-plus.az" xəbər verir ki, Limassol təmsilçisi Yunanıstan klubu ilə üz-üzə gələcək. Söhbət "Aris"dən (Saloniki) gedir. Adaşların dueli iyulun 7-də baş tutacaq.

Qeyd edək ki, "Aris" Konfrans Liqasinin 2-ci təsnifat mərhələsində "Neftçi" ilə üz-üzə qarşılaşacaq.