Serxio Ramos parlaq karyerasının qürub çağını İngiltərədə keçirə bilər.
"Football-plus.az" xəbər verir ki, İspaniya yığmasının sabiq müdafiəçisi bu ölkəyə yollanmağa yaxındı. “Daily Sport” nəşrinin məlumatına görə, 40 yaşlı müdafiəçi “Aston Villa” ilə danışıqlar aparır. Tərəflərin razılığa gəlməyə yaxın olduğu və Ramosun gələn həftə tibbi müayinədən keçəcəyi bildirilir.
“Real”la 4 dəfə Çempionlar Liqasının qalibi, İspaniya yığması ilə dünya və 2 dəfə Avropa çempionu olan Serxio karyerasında PSJ, “Sevilya” və “Monterrey”də də çıxış edib. Sonuncu klubundan 2025-ci ilin dekabrında ayrılıb.
Məşhur ispaniyalı İngiltərədə oynayacaq?
Dünya futbolu





