Premyer-liqanın yeni mövsümünə qeyri-qənaətbəxş başlayan “Liverpul”da heyəti gücləndirmək zərurəti yaranıb.
"Football-plus.az" xəbər verir ki, İngiltərə nəhəngi “Bornmut”un vingeri Rayanın transferi üzərində işləyir. Mersisayd klubunun baş məşqçisi Andoni İraola əvvəlki komandası olan “Bornmut”da braziliyalı futbolçuya rəhbərlik edib. İspaniyalı mütəxəssis onu hazırkı komandasında görmək istəyir.
Rayanın klubu ilə müqaviləsinin müddəti 2031-ci ilin yayına qədərdi. Anlaşmada 130 milyon funt-sterlinq (150 milyon avrodan çox) təzminat məbləği nəzərdə tutulub. Lakin bu bənd yalnız 2027-ci ildən qüvvəyə minəcək. İddiaya görə, “Liverpul”un rəhbərliyi bu rekord məbləği ödəməyə razıdı. Keçid baş tutarsa, Rayan klub tarixinin ən bahalı transferi olacaq.
“Liverpul” 150 milyon avronu kim üçün ayırıb?
Dünya futbolu






