"Qəbələ"nin rəqibi İstanbul nəhəngi ilə qarşılaşacaq

25.06.2022 14:37 405
Konfrans Liqası
"Fehervar" Türkiyənin "Fənərbaxça" komandası ilə yoldaşlıq görüşü keçirəcək.

"Football-plus.az" xəbər verir ki, Avstriyada baş tutacaq görüş iyulun 6-da olacaq.

"Fehervar" ilk yoldaşlıq görüşündə "Dunayşvaroş"u 5:0 hesabıyla məğlub edib.

Qeyd edək ki, Konfrans Liqasında "Qəbələ" bu komanda ilə ilk oyununu iyulun 21-də səfərdə keçirəcək. Cavab matçı isə bir həftə sonra Qəbələdə olacaq.