İngiltərə çempionatına zəif start verən “Aston Villa” daha bir problemlə üzləşib.
"Football-plus.az" xəbər verir ki, yayda bir sıra aparıcı oyunçularını satan İngiltərə klubu heyətdə ciddi çətinliklər yaşayır.
Müdafiəçi Yan Maatsen yaxın həftələrdə komandasına kömək edə bilməyəcək. 24 yaşlı niderlandlı futbolçu “Nottingem Forest”lə son oyunda (1:2) zədələnib. Tibbi müayinədən sonra Yanın sağ ayaq biləyindən zədə aldığı müəyyənləşib. Onun təxminən 8 həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.
Matssen bu mövsüm 6 oyunda meydana çıxıb. Onun komandası premyer-liqada 4 turdan sonra 1 xal toplayıb. Unay Emerinin komandası 19-cu yeri tutur.
İngiltərə klubu üçün ciddi itki
Dünya futbolu






