Hakiminin aqibəti məlum deyil

15.09.2026 20:09 45
Dünya futbolu
PSJ-də ciddi itki baş verib: Əşrəf Hakimi zədələnib.O, Liqa 1-in “Brest”lə oyununda (1:0) sıradan çıxıb.

"Football-plus.az" xəbər verir ki, 27 yaşlı mərakeşli futbolçunun sağ bud nahiyəsində zədə aşkarlanıb. Klubun yaydığı məlumata görə, 39-cu dəqiqədə əvəzlənən Əşrəf iki gün ərzində həkimlərin nəzarətində olacaq. Onun yaşıl meydana nə vaxt qayıdacağı isə hələlik açıqlanmayıb.

PSJ Fransa çempionatının 5-ci turunda bazar günü səfərdə “Marsel”lə qarşılaşacaq. Son çempion hazırda Liqa 1-də 4 oyuna 8 xalla 4-cü yeri tutur.