Xoşbəxtliyi Qətərdə axtaracaq

15.09.2026 21:42 144
Dünya futbolu
İsmael Bennaserin yeni klubu məlum olub.

"Football-plus.az" xəbər verir ki, “Milan”dan ayrılan 28 yaşlı yarımmüdafiəçi karyerasını “Əl-Qarafa”da davam etdirəcək. Bu haqda Qətər klubu məlumat yayıb.

Bennaser ötən mövsüm icarə əsasında “Dinamo”da çıxış edib. Zaqreb klubunda keçirdiyi 19 oyunda 1 qol vurub və 2 məhsuldar ötürmə edib. İsmael avqustda “Milan”la müqaviləsini qarşılıqlı razılaşma əsasında ləğv etmişdi. Əlcəzairli futbolçu karyerası ərzində “Empoli”, “Tur” və “Arsenal”ın da formasını geyib. Milli komandada 56 oyuna çıxan yarımmüdafiəçinin 3 qol vurduğunu da bildirək.