Gözlənilən keçid rəsmiləşdi

15.09.2026 21:11 117
Dünya futbolu
Marselo Brozoviçin “Əl-Sədd”ə gözlənilən keçidi rəsmiləşib.

"Football-plus.az" xəbər verir ki, iyunda “Əl-Nəssr” ilə müqaviləsi qüvvədən düşən xorvat futbolçu 3 aylıq işsizliyə son qoyub. 33 yaşlı yarımmüdafiəçi “Əl-Sədd” ilə “1+1 il” sxemi üzrə nəzərdə tutulan sözləşmə imzalayıb.

Brozoviç “Əl-Nəssr”də 2023-cü ildən çıxış edirdi. O, Səudiyyə Ərəbistanına yollanmazdan əvvəl 8 il “İnter”in formasını geyib.