''Qalatasaray''ın başında ardıcıl 4 il çempion olan və 5-ci mövsümə də uğurlu start verən Okan Buruk sabit şəkildə yoluna davam edir.
Türkiyədə rekordları alt-üst edən təcrübəli mütəxəssis Avropanın göbəyindəki ünlü həmkarlarını da geridə qoyub. Buruk ''Qalatasaray''la Türkiyə çempionatında keçirdiyi 149 oyunun 119-dan, yəni 80 faizindən, daha dəqiq desək 79,87 faizindən qələbə ilə ayrılıb. Buna qədər Türkiyə çempionatında heç bir məşqçinin bir komandanın başında 80 faizlik qələbə göstəricisi olmamışdı.
''Böyük beşliy''yə nəzər salsaq, görərik ki, Buruk burda da hər kəsi üstələyir. Onun ən yaxın izləyiciləri Hansi Flik ilə Xosep Qvardioladı. ''Bavariya''nın ardından ''Barselona''da da nəticələri ilə diqqət çəkən almaniyalı Flik La Liqa və bundesliqada ümumilikdə 138 oyunda 108 qələbə qazanıb ki, bu da 78,26 faiz deməkdi. ''Barselona'', ''Bavariya'' və ''Mançester Siti'' ilə futbol tarixində böyük iz buraxan, 41 titul qazanan Qvardiola isə 76,32 faizlik qələbə göstəricisi yaxalayıb.
Maraqlıdı ki, 2022-dən bu yana, yəni Okan Buruk ''Qalatasaray''da çalışdığı müddətdə Türkiyə futbolunun digər nəhəngləri ''Fənərbaxça'', ''Beşiktaş'' və ''Trabzonspor''da ümumilikdə 16 məşqçi dəyişikliyi baş verib!
Okan Buruk ''böyük beşlik''də də hər kəsi üstələyir!
Dünya futbolu




