Finalçılar Qəbələyə nə qədər azarkeş aparacaq? - AÇIQLAMALAR

26.05.2022 20:00 441
Ölkə futbolu / Manşet
Sabah Qəbələdə keçiriləcək Azərbaycan kubokunun final oyunu ilə mövsümə yekun vurulacaq.

Həlledici dueldə "Qarabağ"la "Zirə" münasibətləri aydınlaşdıracaq. Maraqlı məqam komandaların neytral meydanda necə dəsrəklənəcəyidi.
"Football-plus.az” saytı olaraq bu sual aydınlıq gətirmək üçün hər iki komandanın mətbuat katibləri ilə əlaqə saxladıq.

Gündüz Abbasov:

"Qarabağ" azarkeşləri üçün 1000-dən çox bilet ayrılıb. Amma nə qədər fanatın sabahkı matçda iştirak edəcəyini bilmirik”.


Elmar Abdullazadə:

"Sabahkı oyuna 1500 azarkeşimizin gedəcəyi gözlənilir. Qəbələyə sərbəst şəkildə gedə bilməyənlər üçün avtobuslar ayrılıb. "Zirə"sevərlərin böyük qisminin sabah ünvana çatmasında problem olmayacaq".


ABDULLA İSMAYILOĞLU