Azərbaycan kubokunun finalına nə qədər bilet satılıb? - AÇIQLAMA

26.05.2022 22:38 603
Ölkə futbolu / Manşet
Sabah Azərbaycan kubokunun final oyunu baş tutacaq.

“Football-plus.az” xəbər verir ki, Qəbələdə reallaşacaq qarşılaşmada “Qarabağ”la “Zirə” üz-üzə gələcək.

Matça maraq kifayət qədərdi. Görəsən, oyuna nə qədər bilet satılıb? Sualımızı PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyevə ünvanladıq:

“Təxminən 2 min 700-ə yaxın bilet satılıb. Oyun başlanaya kimi hamısının tükənəcəyini düşünürük. Azarkeşlər bilet əldə etmək üçün stadionun kassasına və “Qəbələ” fan-şopuna müraciət edə bilər”.


İLKİN SULTANLI