2021/22 mövsümünə mayın 27-də yekun vurulacaq.
Həmin gün Qəbələ şəhər stadionunda Azərbaycan kubokunun final oyunu baş tutacaq. Titul uğrunda çempion “Qarabağ”la “Zirə” mübarizə aparacaq.
“Football-plus.az” saytının əldə etdiyi məlumata görə, Konfrans Liqasına vəsiqəni təmin edən “Zirə” mövsümü titulla başa vurmağa köklənib. Bunun nəticəsidi ki, Rəşad Sadıqov yerli mühitə uyğunlaşmaq üçün komandasını matçdan 3-4 gün öncə Qəbələyə aparacaq.
Qeyd edək ki, “Qarabağ” – “Zirə” oyunu 19.00-da start götürəcək. Qarşılaşmanı Elçin Məsiyev idarə edəcək.
KƏNAN HƏSƏNOV