Azərbaycan kubokunun finalını o idarə edəcək

19.05.2022 10:55 574
Ölkə kuboku
Azərbaycan kubokunun final mərhələsində keçiriləcək "Qarabağ" - "Zirə" matçı üçün hakim təyinatları açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, mayın 27-də Qəbələ Şəhər Stadionunda oynanılacaq qarşılaşmanın baş hakimi Elçin Məsiyev olacaq.

27 may (cümə)

Qarabağ – Zirə
Qəbələ. Qəbələ şəhər stadionu
Saat 19.00

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu

Ehtiyat köməkçi hakim: Kamran Bayramov