Bu gün 2021/22 mövsümünə yekun vurulub.
Cari “futbol ili” Azərbaycan kubokunun final matçı ilə başa çatıb. "Qarabağ"ın "Zirə" ilə qarşılaşdığı matçda 120 dəqiqədə qalib müəyyənləşməyib. Penaltilər seriyasında daha dəqiq olan Ağdam təmsilçisi kubokun sahibi olub.
Azərbaycan kuboku
final
27 may
17. Qarabağ – Zirə 1:1 (Penaltilər - 4:3.)
Qol: H.Keyta, 17 (0:1, C.Diniyev). A.Zubir, 69.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 40-30-30
Hakimlər: ELÇİN MƏSİYEV, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu.
Ehtiyat köməkçi hakim: Kamran Bayramov.
Hakim-inspektor: Frits Stuxlik.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Qəbələ. Şəhər stadionu. Saat 19.00.
"Qarabağ" Azərbaycan kubokunun sahibi oldu - YENİLƏNİB
Ölkə kuboku / Manşet



