Millimizin rəqibinə yeni baş məşqçi təyinatı

6.05.2022 15:50 591
Dünya futbolu
Qazaxıstan millisinin baş məşqçisi postuna təyinat rəsmiləşib.

"Football-plus.az" xəbər verir ki, bu məlumatı Qazaxıstan Futbol Federasiyası yayıb. Azərbaycan yığmasının Millətlər Liqasındakı rəqibini Maqomed Adiyev çalışdıracaq.

Karaqanda “Şaxtyor”unun baş məşqçisi bundan sonra Qazaxıstan millisinə rəhbərlik edəcək. 44 yaşlı mütəxəssis yığmada Andrey Karpoviçi əvəzləyib.

Qazaxıstan Millətlər Liqasında C Liqasının 3-cü qrupunda Qazaxıstan və Azərbaycanla yanaşı, Slovakiya və Belarus mübarizə aparacaq. Yığmamız ilk matçını iyunun 3-də səfərdə Qazaxıstana qarşı keçirəcək.