Fransa Xorvatiya səfərində, Slovakiya Qazaxıstana qarşı - Millətlər Liqası

6.06.2022 11:35 515
Dünya futbolu
Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində II turun növbəti oyunları keçiriləcək.

"Football-plus.az" xəbər verir ki, A,B,C və D Liqalarında ümumilikdə 7 qarşılaşma baş tutacaq.

C Liqasının 3-cü qrupunda yer alan Azərbaycan yığması Belarusla qarşılaşacaq, Qazaxıstan isə Slovakiyanın qonağı olacaq.

Son dünya çempionu Fransa səfərdə Xorvatiya ilə üz-üzə gələcək. Bu qrupunda digər görüşündə Avstriya Danimarkanın müqavimətini qırmağa çalışacaq.

Millətlər Liqası, II tur

6 iyun

A Liqası
1-ci qrup

22.45. Avstriya - Danimarka
22.45. Xorvatiya - Fransa

Xal durumu: Avstriya - 3, Danimarka - 3, Fransa - 0, Xorvatiya - 0

B Liqası
2-ci qrup

22.45. İslandiya - Albaniya

Xal durumu: İslandiya - 1, İsrail - 1, Albaniya - 0, Rusiya - (yarışdan kənarlaşdırılıb)

C Liqası
3-cü qrup

22.45. Belarus - Azərbaycan
22.45. Slovakiya - Qazaxıstan

Xal durumu: Qazaxıstan - 3, Slovakiya - 3, Belarus - 0, Azərbaycan - 0

D Liqası
1-ci qrup

20.00. Latviya - Lixtenşteyn
22.45. Andorra - Moldova

Xal durumu: Latviya - 3, Moldova - 3, Lixtenşteyn - 0, Andorra - 0