Qazaxıstan millisində daha bir itki

25.05.2022 13:44 476
Dünya futbolu
Millətlər Liqasının C Divizionunun ilk turunda Azərbaycan millisini qəbul edəcək Qazaxıstan yığması növbəti itki ilə üzləşib.

"Football-plus.az" xəbər verir ki, "Axmat"ın futbolçusu Marat Bıstrov zədələnib. Baş məşqçi Maqomed Adiyev onun əvəzinə "Aktobe"dən Alibek Kasıma dəvət göndərib.

Qeyd edək ki, iyunun 3-də "Astana Arena"da keçiriləcək Qazaxıstan – Azərbaycan matçına Bakı vaxtı ilə saat 18.00-da start götürəcək.