Millidə baş məşqçi dəyişikliyi

9.03.2022 11:40 549
Dünya futbolu
Qazaxıstan millisinin baş məşqçisi Talqat Baysufinov istefaya göndərilib.

"Football-plus.az" saytının məlumatına görə, bu haqda Qazaxıstan Futbol Federasiyasının rəsmi saytı xəbər yayıb. Mütəxəssislə müqaviləyə vaxtından əvvəl xitam verilib. Onu bu vəzifədə Andrey Karpoviç əvəzləyib. 41 yaşlı məşqçi millini qarşıdakı 2 matça - Moldovaya qarşı UEFA Millətlər Liqasının pley-off görüşlərinə hazırlayacaq. Matçlar martın 24-də və martın 29-da keçiriləcək.

Qeyd edək ki, cütün qalibi C Liqasının 2-ci qrupunda Azərbaycan, Belarus və Slovakiyaya rəqib olacaq.