Millinin rəqibinin baş məşqçisi bəlli oldu

27.04.2022 11:52 496
Dünya futbolu
Qazaxıstan millisinin yeni baş məşqçisi bəlli olub.

Bu barədə “sportradar.kz” məlumat yayıb.

Karaqanda “Şaxtyor”unun çalışdırıcısı Maqomed Adiyev bundan sonra Qazaxıstan millisinin baş məşqçisi olacaq.

44 yaşlı mütəxəssis ölkə çempionatının 7 turunda “Akjayik”ə məğlubiyyətdən (0:1) sonra rəhbərliklə bu barədə görüşüb. Çalışdırıcı bu yaxınlarda yola salınan Andrey Karpoviçi əvəz edəcək.

Qeyd edək ki, Millətlər Liqasında C Liqasının 3-cü qrupunda Qazaxıstan və Azərbaycanla yanaşı, Slovakiya və Belarus mübarizə aparacaq. Yığmamız ilk matçını iyunun 3-də səfərdə məhz bu ölkəyə qarşı keçirəcək.