Millimizin Millətlər Liqasındakı son rəqibi bəlli oldu

29.03.2022 21:07 617
Ölkə futbolu
Millətlər Liqasının pley-off mərhələsinin cavab oyunları keçirilib.

"Football-plus.az" saytının məlumatına görə, Moldova səfərdə Qazaxıstanla D liqasına düşməmək uğrunda mübarizə aparıb.

Görüş qonaqların 1:0 hesablı qələbəsiylə başa çatıb. İlk matçda Qazaxıstan 2:1 hesabı ilə qalib gəldiyindən əlavə vaxta ehtiyac duyulub. Lakin komandalar əlavə vaxtda fərqlənə bilmədiyi üçün penaltilər seriyası baş tutub. Bu mərhələdə Qazaxıstan rəqibini (5:4) üstələyib.

Qeyd edək ki, Qazaxıstan bu qələbədən sonra millimizin C liqasının 3-cü qrupunda növbəti rəqibi olub. Qrupda yer alan digər komandalar isə Slovakiya və Belarusdu.