Van Nistelroy sabiq klubunu çalışdıracaq?

26.03.2022 18:10 625
Dünya futbolu
PSV-də mövsümün sonunda məşqçi korpusunun dəyişəcəyi gözlənilir.

Komandanı Niderland millisinin keçmiş hücumçusu Ruud van Nistelroy çalışdıra bilər. Yerli mənbələrin xəbərinə görə, Eyndhoven klubunun rəhbərliyi yayda baş məşqçi Rocer Şmidt ilə vidalaşmaq niyyətindədi. Onu əvəzləməyə ən real namizəd isə Van Nistelroydu.

O, ötən ilin yanvarından PSV-nin ikinci komandasını çalışdırır. 45 yaşlı Van Nistelroyun 1998-2001-ci illərdə eyndhovenlilərin formasını daşıdığını da xatırladaq.