"Benfika" yeni baş məşqçi ilə müqavilə bağladı

18.05.2022 22:13 502
Dünya futbolu
"Benfika"nın yeni baş məşqçisi müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, bu vəzifəyə Rocer Şmidt təyin olunub. Alman mütəxəssislə 2024-cü ilin yayına kimi müqavilə imzalanıb.

Qeyd edək ki, Şmidtin son iş yeri 2021/22 mövsümündə Niderland çempionatının gümüş medalını qazandığı PSV olub.

Xatırladaq ki, "Benfika" Portuqaliya Liqasında çempion "Portu"dan 17 xal geri qalaraq 3-cü yeri tutub.