• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Mənim adım Qırmızı... - KÖŞƏ

Yazarlar

20-03-2022, 22:0

Mənim adım Qırmızı...

Qırmızı rəngin estetik mesajı ...ifşadı. Məsələn, mən yalan danışanda – əlbəttə, nadir hallarda və kiməsə zərər vurmadan! – sifətim qıpqırmızı olur. Yalan və saxtakarlıq üzərində bərqərar olan, heç 70 yaşını tamamlaya bilməyən SSRİ adlı şər imperiyasının da sevimli rəngi qırmızı idi. Önümüzdəki qırmızı rəngli maşın hər dəfə qaydanı pozanda sükan arxasındakına baxmadan da onun xanım sürücü olduğunu anlayırıq. Dərindən baxanda “dəli qırmızını sevər” məsəlinin kökündə də ifşa dayanır, rəng adamın əqli qabiliyyətindən xəbər verir. Qırmızıdan söz düşmüşkən, Orxan Pamukun sərlövhəyə çıxardığım adı daşıyan, çox maraqlı bir romanı da var. Uzun bayram tətilində birnəfəsə oxunulası kitabdı. Mənə və zövqümə inanın, faydasız məsləhət vermərəm...

Can oxucu, indi düşünəcəksən ki, Huşəngin başına hava gəlib, nədən ilin-günün bu çağında qırmızıdan yazır; ya Pamuk kimi yazıçılıq həvəsinə düşüb, ya da fikri bayram xonçasındakı qırmızıyanaq yumurtanın yanında qalıb. Heç biri deyil, vallah, yaxın oturun, deyəcəm...

Martın 13-də “Qəbələ” – “Zirə” oyununa baxmaq eşqi ilə “CBC Sport”u tapdım. Düzü, əvvəlcə qar məni çaşdırdı. Sonra öz-özümə dedim ki, əşi, yağır-yağsın da, yer özünün, göy özünün, nə olacaq?! Belə deyə-deyə ekranda topu axtarırdım. Onsuz da mərkəz dairəsi, yan xətt görünmürdü, yalnız topun sayəsində mübarizə ab-havasını duymaq olardı. Vallah-billah, tapa bilmədim ki, bilmədim. Uzun axtarışdan sonra bildim ki, futbolçular qarın rəngində olan topla oynadığından bayaqdan əziyyət çəkirmişəm. Bir qədər də diqqətlə fikir verəndə qırmızı cizgilər də gözümə dəydi, sanki ağ səthə xanımların işlətdiyi rumyanadı, pomadadı-nədi, ondan çəkmişdilər.

Dəfələrlə qar altında baş tutan oyunlar görmüşük. Qonşu ölkələr qırmızı da yox, daha çox narınclı rəngli toplardan istifadə edirlər, adamın gözü çətinliklə öyrəşsə də, hər halda, futbola baxmaq mümkün olur. Bəs gözəlim Azərbaycanın premyer-liqasında nə baş verdi? Çempionat oyunlarının “Nike” istehsalı olan toplarla keçirildiyini əsas gətirən (əslində bəhanə edən!), AFFA-nın araçılığı və PFL-in vasitəsi ilə kluba hədiyyə verilən topların arasında qırmızı rəngdə olanın olmadığını (yaman əcaib ifadə alındı) bilən “Qəbələ” rəsmiləri qar yağacağından xəbərdar ola-ola, əllərini əllərinin üstünə qoyaraq dayanıblar ki, ağ qarın altında ağ topla da oynamaq mümkündü. Allaha acıq getməsin, klub rəsmiləri bəlkə də həmin gün Qəbələyə ağ yox, hansısa başqa rəngli qarın yağacağını düşünüblər. Ya bəlkə də onlara elə gəlib ki, “Nike” yox, “Adidas” topları ilə oynasalar, cəzalanarlar, 3-cü dünya müharibəsi Ukrayna ərazisində yox, Böyük Qafqaz dağlarının ətəyində başlayar. Kəsəsi, tənbəllik necə canlarına çökübsə, heç bir alternativ düşünməyiblər. Düşünsəydilər, kiməsə yardım üçün ağız açardılar, məsələn, “Sumqayıt”ın anbarında 20 qırmızı topun “yatdığını” öyrənərdilər. Necə deyərlər, çobanın könlü olsa, təkədən pendir tutar!

Və daha bir maraqlı detal: klublar artıq 3-cü mövsümdü hədiyyə toplarla oynayırlar. Hər topun qiymətinin minimum 100 avro olduğunu, mövsümün gedişində onlarla topun bu və ya başqa səbəbdən sıradan çıxdığını nəzərə alsaq, AFFA ilə “Nike” arasındakı əməkdaşlıq sayəsində klubların nə qədər irəli düşdüyünü hesablamaq o qədər də çətin deyil. Bütün bunlardan sonra anbarınızda 5 (beş) ədəd qırmızı top da saxlamırsızsa, daha nə deyim, nə danışım?!

Təbii, mən bu epizodun üzərindən sükutla keçə bilərdim. Amma zərrələr yığılıb tamı yaradır, bütün böyük problemlər kiçik detallardan başlayır, çempionatımızın adı premyer-liqadı, peşəkarlar arasındakı oyunlarda da münasibətlər və təşkilatçılıq detalları peşəkar səviyyədə tənzimlənir. Ümid edirəm ki, bir daha elitada belə problemlə qarşılaşmarıq. Ya Azərbaycana qar yağmaz, ya da klublar ehtiyatlı tərpənib qırmızı-narıncı rəngli top alarlar.
...Zarafat bir yana, o ağ rəngli topları qırmızıya boyamaq da olmazdı?

HUŞƏNG

Paylaş:
Digər xəbərlər

1-ci liqa / Manşet

1-06-2022, 14:0

Tahir Əliyev: "Naxçıvan dağlarının şərəfinə o rəngin götürülməsini təklif etmişəm" - AÇIQLAMA

Ölkə futbolu

8-05-2022, 22:0

Qəbələ U-17 liqasının qalibi oldu

İdman

11-06-2022, 17:0

Sventek Levandovskinin varlığından xəbərsiz imiş...

Aktual
“Püşkün atılması ilə yeni mübarizənin start götürdüyünü elan edə bilərik” – Sənan Abdullayev
"Kəpəz"in Gəncəyə qayıdışı təsdiqləndi, "Şamaxı" problemlə üzləşdi
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
“Neftçi”yə xəbərdarlıq: Minsk “Dinamo”su üçün ev-səfər anlayışı yoxdu!
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
“Qarabağ”ın səfər oyunu göstəriləcək!
Son xəbərlər
  • Bu gün, 17:38
    "Azərlotereya" şirkəti ilə ilkin danışıqlarımız olub" - Elgiz Abbasov
  • Bu gün, 17:25
    “Püşkün atılması ilə yeni mübarizənin start götürdüyünü elan edə bilərik” – Sənan Abdullayev
  • Bu gün, 17:00
    Azərbaycan kubokunda finalın vaxtı açıqlandı
  • Bu gün, 16:35
    Hamıdan yaxşı o oldu
  • Bu gün, 16:04
    Baş məşqçi kimi yığmaya qayıtdı - DÇ-nin İSTEFASI
  • Bu gün, 15:34
    "Kəpəz"in Gəncəyə qayıdışı təsdiqləndi, "Şamaxı" problemlə üzləşdi
  • Bu gün, 15:22
    Premyer-liqada yeni mövsümün püşkü atıldı
  • Bu gün, 14:36
    Gözlənilən təyinat rəsmən açıqlandı - DÇ-nin TƏYİNATI
  • Bu gün, 14:14
    "Sabah" - KuPS matçını polşalı hakim idarə edəcək
  • Bu gün, 13:49
    “Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
  • Bu gün, 13:23
    “Neftçi”yə xəbərdarlıq: Minsk “Dinamo”su üçün ev-səfər anlayışı yoxdu!
  • Bu gün, 12:54
    “Oley Oley” kampaniyasında ilk avtomobilin sahibi bəlli oldu
  • Bu gün, 12:36
    Millimiz Bakıda yoldaşlıq görüşü keçirəcək - rəqib bəllidi
  • Bu gün, 12:08
    ''Yeni mövsüm böyük bir meydan oxumaq olacaq'' - Ake ''Fənərbaxça''da ilk günlərin təəssüratını bölüşdü
  • Bu gün, 11:35
    Tiav vəzifəsindən azad olundu - DÇ-nin İSTEFASI
  • Bu gün, 11:00
    Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
  • Bu gün, 10:33
    Mövsümün əvvəlini buraxa bilər - DÇ-nin EHTİMALI
  • Bu gün, 10:12
    UEFA reytinqində liderik!
  • Bu gün, 09:51
    "İnanıram ki, növbəti matça daha yaxşı formada çıxacağıq" - Qurban Qurbanov
  • Bu gün, 09:30
    "Potensial rəqiblər sırasında qarşılaşmaq istəmədiyim iki komandadan biri "Torpedo" idi"
  • Bu gün, 09:09
    "Neftçi"nin Konfrans Liqasındakı rəqibi bəllidi
  • Bu gün, 01:50
    "Sabah", "Zirə" və "Qarabağ" avrokubokların 2-ci təsnifat mərhələsində! - YENİLƏNİB
  • Bu gün, 00:30
    "Qarabağ" "Vestri"ni keçsə, Sofiya klubu ilə qarşılaşacaq
  • Bu gün, 00:08
    Nəhənglərin ulduzları əldən çıxa bilər - onlardan biri qalmaq, digəri ayrılmaq istəyir
  • Dünən, 23:30
    Vembanyama 252 milyon dollarlıq müqavilə bağladı!
  • Dünən, 23:01
    "Vestri" - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 21:51
    “Qarabağ”ın səfər oyunu göstəriləcək!
  • Dünən, 21:06
    6 milyon avroluq KuPS... - ötən il tarix yazan finlər “Sabah”a qarşı
  • Dünən, 20:45
    AFFA-da qadın liqalarının klub nümayəndələri ilə görüş keçirildi
  • Dünən, 20:23
    “Qalatasaray” bu yayın ilk transferini reallaşdırdı
  • Dünən, 19:45
    "Torpedo" - "Zirə": START HEYƏTLƏRİ
  • Dünən, 19:00
    “Hossam Messini “10 nömrəli oyunçu” adlandırırdı”
  • Dünən, 18:35
    "Kəpəz"dən növbəti transfer
  • Dünən, 18:12
    “Rəhman Daşdəmirov bizi həddən artıq çətin duruma saldı” – “Nyu Seynts”in saytı
  • Dünən, 18:00
    “Trabzonspor” “Beşiktaş”ın rəqibindən oyunçu aldı
Daha çox
Oxunub: 236
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 235
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 224
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 207
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 160
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 154
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə