• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qarabağ” nigeriyalı futbolçuları yola saldı - klub yayda ciddi addım atacaq!

Aktual / Ölkə futbolu

10-04-2026, 22:0

Xatırlayırsızsa, bir neçə gün əvvəl iki nigeriyalı futbolçunun - Onyema Fransis Çukvumoabim və Akinrefon Mikael Adetoronun “Qarabağ”ın düşərgəsində baxışda olduğunu yazmışdıq.

Çukvumoabim hücumçu, Adetoron müdafiəçi idi. O vaxt “köhlən atlar”ın akademiyasıın əlaqələndiricisi Aftandil Hacıyev “Futbol+”ə açıqlamasında bunları demişdi:

“Üçhəftəlik baxışa gəliblər. Artıq iki həftə geridə qalıb. Yekun qərar hələ verilməyib. Bu həftə ölkələrinə qayıdacaqlar. Lazım olacağı təqdirdə onları yayda çağıracağıq. U-19 komandamızın heyətində oynamaq ehtimalları var. Hələ tələsmirik. Kaliforniyada yaşayan, ABŞ vətəndaşı olan futbolçu Altay Ordubadi də düşərgəmizdədi. O, əvəzedici heyətdə çıxış edə bilər. Bir müddət seleksiya səfəri gözlənilmir. İlboyu axtarışda oluruq. Bu arada nigeriyalı futbolçulara görə hansısa xərcimiz çıxmayıb. Çünki bizi Nigeriyadan dəvət etmişdilər. Bütün məsrəfləri də özləri qarşılayıblar”.

Bəs, indi vəziyyət nə yerdədi? Baxış prosesi başa çatdımı? Əcnəbi gənclər barədə hansı qərar verildi?
Bu suallarla dünən yenidən Aftandil bəyə müraciət etdik. Onun "Football-plus.az"a açıqlamasında açıqlamasında dediklərini dinləyək:

“Bəli, baxışda olan futbolçular düşərgədən ayrıldılar, ölkələrinə yollandılar. Hər biri haqda müsbət fikirdəyik. Ancaq hələ yekun qərar verə bilməmişik. Çünki onların 19 yaşı var. Gələn mövsüm ancaq əvəzediilər liqasında çıxış edə biləcəklər. İş ondadı ki, bu çempionatın davam edib-etməyəcəyi, ümumiyyətlə, reqlamenti hələ bəlli deyil. Kəsəsi, yarışla bağlı qərarı gözləyirik ki, buna uyğun işlər görək. O başqa məsələ ki, həmin vaxta qədər daha çox potensialı olan futbolçular tapsaq, yeni oyunçularla danışıqlara başlayacağıq. Ümumiyyətlə, əvəzedicilər liqasıyla bağlı bütün suallara aydınlıq gələndən sonra bir-iki legionerlə müqavilə imzalamaq niyyətimiz var”.

Aftandil bəyin cari mövsümün əvvəlində “1+1” illik müqavilə imzaladıqları Muyideen Olude və Toheeb Abiodun ilə bağlı fikrini də öyrəndik:

“Onlarla bağlı durum da oxşardı. Həmin oyunçuları “Qarabağ”ın U-19 komandasının Gənclər Liqasında daha sərfəli nəticələr qazanması üçün gətirmişdik. Dediyiniz kimi, müqavilənin müddətini artırmaq imkanımız var. Lakin hələ gözləmə mövqeyindəyik. Hələ komandadılar”.

Onu da xatırladaq ki, “Qarabağ”ın gənc legionerlərlə bağlı hədəfi həm onları inkişaf etdirib əsas heyətə qazandırmaq, həm də U-19 Çempionlar Liqasında çıxış edəcəyi halda xidmətlərindən yararlanmaqdı.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

1-04-2026, 19:0

“Qarabağ” nigeriyalı futbolçularla müqavilə imzalayacaq? – əsas heyətlə bağlı plan açıqlandı

Ölkə futbolu

25-11-2022, 10:0

Nigeriyalı futbolçu "Neftçi"yə baxışa dəvət olundu

Aktual / Ölkə futbolu

1-09-2025, 10:0

“Qarabağ”ın əsas komandası U-19-la məşq edəcək? - Aftandil Hacıyev açıqladı

Ölkə futbolu / Manşet

25-02-2025, 00:0

"Qarabağ" daha bir futbolçusuyla yolları ayırır? - rəsmi açıqlama

Dünya futbolu

20-01-2026, 23:0

“Trabzonspor”: bir müdafiəçi gəldi, bir müdafiəçi ayrıldı

Ölkə futbolu

17-07-2023, 14:0

"Kəpəz" nigeriyalı futbolçunun transferini açıqladı

Aktual
Aslan Kərimov: “Zirə” indiki heyətlə Konfrans Liqasında 1-2 mərhələ adlaya bilər” - bəs, niyə başlamır?
Millidə həyəcan təbili... – narahatıq, Ayxan bəy!
“Mingəçevir” Ramiz Məmmədovla bağlı qərar verdi – uğursuz mütəxəssislə yollar ayrılacaq?
“İmişli” jurnalistlər üçün müsabiqə elan etdi, ara qarışdı
“Fikrimcə, işi pley-offa saxlamaq olmazdı” - komandadan göndərilən kapitan
“Kaşkilya hələ ki bizim baş məşqçimizdi” – “İmişli” nə edir?
Son xəbərlər
  • Bu gün, 18:03
    Əziz Yıldırımın Kocamanla bağlı şübhələri var...
  • Bu gün, 17:56
    Aslan Kərimov: “Zirə” indiki heyətlə Konfrans Liqasında 1-2 mərhələ adlaya bilər” - bəs, niyə başlamır?
  • Bu gün, 17:30
    Marner: 6 dəqiqə 10 saniyəyə het-trik!
  • Bu gün, 17:19
    Ən ucuz biletin qiyməti 9 min dollardı!
  • Bu gün, 16:15
    Millidə həyəcan təbili... – narahatıq, Ayxan bəy!
  • Bu gün, 15:44
    “Mingəçevir” Ramiz Məmmədovla bağlı qərar verdi – uğursuz mütəxəssislə yollar ayrılacaq?
  • Bu gün, 15:13
    "Karvan-Yevlax" növbəti ayrılıq
  • Bu gün, 14:42
    “İmişli” jurnalistlər üçün müsabiqə elan etdi, ara qarışdı
  • Bu gün, 14:25
    Avstraliya Türkiyə ilə oyundan öncə məşqçisini həvəsləndirdi
  • Bu gün, 14:11
    “Fikrimcə, işi pley-offa saxlamaq olmazdı” - komandadan göndərilən kapitan
  • Bu gün, 13:56
    “Kaşkilya hələ ki bizim baş məşqçimizdi” – “İmişli” nə edir?
  • Bu gün, 13:45
    "Sumqayıt"ın futbolçusu əməliyyat olundu
  • Bu gün, 13:19
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 13:18
    Murad Musayev "Şəfa"da
  • Bu gün, 13:11
    Debütantda bu təyinat cəmi 8 gün davam etdi
  • Bu gün, 12:52
    UEFA-dan ABŞ-yə buraxılmayan hakimə tarixi jest
  • Bu gün, 11:49
    İngiltərədə iş yerini dəyişdi
  • Bu gün, 10:37
    Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
  • Bu gün, 10:26
    Çexiya mundiala məğlubiyyətlə başladı - DÇ səhəri
  • Bu gün, 10:00
    Karyerasını başa vurdu
  • Bu gün, 01:00
    Meksika inamlı qələbə qazandı - DÇ gecəsi
  • Dünən, 23:48
    AFFA klublara lisenziyaları təqdim etdi
  • Dünən, 22:48
    Qurban Qurbanov azarkeşin arzusunu həyata keçirdi
  • Dünən, 22:18
    Amin Seydiyev "Zirə"də
  • Dünən, 21:47
    “Karvan-Yevlax” “Dinamo”nun tələbinə “yox” dedi – “pul ödəməyəcəyik”
  • Dünən, 21:35
    Romadan Milana üz tuta bilər
  • Dünən, 21:04
    "Şahdağ Qusar" qapıçısıyla anlaşdı
  • Dünən, 20:53
    “Mingəçevir”in taleyi sual altındadı – “qarşıdakı 15 gün ərzində...”
  • Dünən, 20:22
    Daha bir legioner "Karvan-Yevlax"dan ayrıldı
  • Dünən, 19:51
    Yaşar Seyidov UEFA-nın “Karvan-Yevlax” ödədiyi məbləğdən pay tələb edir
  • Dünən, 19:21
    "Sabah" "Lill"dən vinger transfer etdi
  • Dünən, 18:50
    “Qarabağ”ın İdarə Heyətinin növbəti iclası keçirildi
  • Dünən, 18:27
    U-17 və U-19 millilərimizin rəqibləri məlum oldu
  • Dünən, 17:56
    “Azərbaycan reallığında çempionluğa oynamaq üçün büdcə 20-25 milyon manatdan başlamalıdı” - menecer niyə belə deyir?
  • Dünən, 17:26
    "Şamaxı" Sənanı yenə icarəyə götürdü
Daha çox
Oxunub: 498
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 260
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 204
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 200
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Oxunub: 175
"Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
Oxunub: 162
“Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə