Bu gün daha bir idmançımız Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında mübarizəyə başlayacaq.
"Football-plus.az" xəbər verir ki, olimpiya çempionu Hidayət Heydərov (73 kq) tatamiyə çıxacaq. O, 1/16 finalda Konstantinos Tsaparasla (Yunanıstan) qarşılaşacaq.
Heydərov bu gün Avropanın 5 qat çempionu ola bilər. O, daha əvvəl 2017, 2022, 2023 və 2024-cü illərdə qitə birinciliklərində qızıl medal qazanıb.
Qeyd edək ki, yarışın əvvəlki günündə tatamiyə çıxan 7 azərbaycanlı cüdoçudan ikisi medal qazanmağı bacarıb. Belə ki, Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) çıxışlarını bürünc medalla başa vurublar.
Avropa çempionatı aprelin 19-da başa çatacaq.