• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

85 yaşlı “Neftçi”nin bayram sevinci - KÖŞƏ

Yazarlar

19-03-2022, 20:0

Cavan Zeynallının ifasında eşitdiyimiz, əzbərlədiyimiz bir mahnı var.

Caz musiqisinin əfsanəvi səsi həmin mahnıda 60-cı illərə səyahət edir, bizə “Neftçi”nin bürünc medalını xatırladır. Bəli, yaşımız o illəri xatırlamaq üçün yetərli deyil. Çünki 60-cı illərdə biz heç dünyaya gəlməmişdik. Amma oxuduqlarımızdan, eşitdiklərimizdən bilirik ki, “Neftçi”nin 1966-da qazandığı həmin o bürünc medal Azərbaycanın idman həyatı, futbolu üçün necə vacib qənimət olub. Çoxları “Neftçi”ni “Ararat”, Tiflis “Dinamo”su ilə müqayisə edir. Razıyam ki, “Neftçi”nin qazandığı bürünc medal ermənilərin və gürcülərin əldə etdiklərinin yanında o qədər də parlaq görünmür. Amma reallıq hissini itirməyənlər, azərbaycanlılara sovet imperiyasında hansı münasibətin bəsləndiyini bilənlər bu “bürünc”ün dəyərini yaxşı anlayır. Məlumdu ki, “Neftçi” üçün şərtlər “Dinamo” və “Ararat”la eyni ola bilməzdi. Hələ mən başqalarını demirəm. Odu ki, həmin dövrdə “Neftçi”nin medalçılar sırasına düşməsi, azərbaycanlı futbolsevərləri sevindirməsi yetərincə böyük uğur idi. Hər bir azərbaycanlının bu tarixi uğuru qürurla xatırlamağa, fəxr etməyə haqqı çatır.
Müstəqillik dönəmində də “Neftçi”nin Azərbaycan futbolu üçün dəyəri azalmayıb.

“Ağ-qaralar” zaman-zaman tarixi missiyasını uğurla yerinə yetirib. Avrokubokların qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu olan “Neftçi” bu uğura Cənubi Kiprdə imza atmaqla qələbənin dəyərini ikiyə qatlamışdı. Təəssüf ki, sonradan “oyunların” qurbanına çevrilən komanda bataqlığa sürükləndi. Simasını, rəhbərliyini, futbolçularını dəyişdi. Son 10 ildə “Neftçi” xeyli keşməkeşli yollardan keçib. Ölkənin ən qocaman klubunun başına çox oyun açılıb. Sevindirici haldı ki, “ağ-qaralar” yavaş-yavaş bu zərbələrin təsirini öz üzərindən atır, əyilmiş qamətini düzəltməyə çalışır. Komanda uzun fasilədən sonra “Qarabağ”ın hegemonluğuna son qoydu, ötən mövsüm çempionluq kubokunu başı üzərinə qaldırdı. Təəssüf ki, bu uğurun davamını gətirmək, avrokuboklarda yeni tarix yazıb, Azərbaycanı layiqincə təmsil etmək mümkün olmadı. Bunun da əsas səbəbi odu ki, çempion heyət yetərincə gücləndirilmədi. Nə normal yerli futbolçuları qorumaq mümkün oldu, nə də səviyyəli əcnəbi transfer etmək. Gələcəyə ümidlə baxmaq üçün kiçik də olsa, əsaslar var. “Qəbələ”nin əksər uğurlu transferlərinin ölkəmizə gəlməsində əməyi olan Zaur Əzizov bu gün “Neftçi”nin düşərgəsindədi, klubun prezidenti Kamran Quliyevin işini bir qədər yüngülləşdirib.

“Neftçi”nin 80 illiyinin necə qeyd olunduğunu yaxşı xatırlayıram. Bir qrup veteran Bakıdakı əyləncə mərkəzlərinin birində yaxşıca yeyib-içmiş, əylənmişdi. Ardınca da kef-damaq içində “Neftçi”nin “Qarabağ”la kubok qarşılaşmasını izləməyə gəlmişdilər. “Ağ-qaralar”dan qat-qat güclü olan “köhlən atlar” həm yubilyarın, həm də yubileydə keflənənlərin əhvalını korlamışdı. Yaxşı ki, 85 illik yubileydə belə qanqaraldıcı hadisə baş vermədi. “Neftçi” mükafatlar uğrunda mübarizədə əsas rəqiblərindən biri olan “Qəbələ”ni darmadağın etməklə həm 2-ci pilləyə yüksəldi, həm də azarkeşlərini Novruz bayramı ərəfəsində dünyanın xoşbəxtinə çevirdi. Qış fasiləsindən sonra “Qarabağ”a uduzmaqla çempionluqdan, demək olar ki, əlini üzən “ağ-qaralar” dərhal da toparlandı və vəziyyəti xeyrinə dəyişməyi bacardı. Ölkə kubokunda yarımfinala yüksələn Samir Abasovun komandasının işləri premyer-liqada da əla gedir. Ardıcıl 5 oyunda qələbəyə sevinən ölkənin ən qocaman klubu artıq gümüş medallara da inamla boylanır.

Son oyunların nəticələrinə baxanda belə nəticəyə gəlmək olar ki, “Neftçi” kağız üzərindəki favorit adını meydanda da inamla doğruldur.

Azərbaycan premyer-liqasında fasilə elan olunur. Belə fasilələr komandalara fərqli təsir edir. Kimi “qara zolaq”dan çıxır, toparlanır. Bir başqası da formadan düşür, tempi qorumağı bacarmır. Ümid edək ki, Samir Abasov bütün bu acı təcrübələrdən nəticə çıxarıb, “Neftçi”nin uğurlu seriyasını necə qorumaq lazım olduğunu bilir. 85 yaşlı “qocaman” bu mövsümün sonunda medal qazanıb, Azərbaycanı avrokuboklarda uğurla təmsil etsə, yubiley iini uğurlu saymaq olar. İndilik isə “Neftçi”ni yubiley, azarkeşlərini bayram münasibətiylə təbrik etmək yerinə düşər.

AMAL

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

11-05-2022, 14:0

"Neftçi" bunu 3-cü dəfə bacardı

Aktual
Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
“Püşkün atılması ilə yeni mübarizənin start götürdüyünü elan edə bilərik” – Sənan Abdullayev
"Kəpəz"in Gəncəyə qayıdışı təsdiqləndi, "Şamaxı" problemlə üzləşdi
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
“Neftçi”yə xəbərdarlıq: Minsk “Dinamo”su üçün ev-səfər anlayışı yoxdu!
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
Son xəbərlər
  • Bu gün, 19:03
    Mane beynəlxalq karyerasını başa vurdu - DÇ-nin AYRILIĞI
  • Bu gün, 18:40
    Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
  • Bu gün, 18:09
    Zidanın təyinatı zaman məsələsidi
  • Bu gün, 17:38
    "Azərlotereya" şirkəti ilə ilkin danışıqlarımız olub" - Elgiz Abbasov
  • Bu gün, 17:25
    “Püşkün atılması ilə yeni mübarizənin start götürdüyünü elan edə bilərik” – Sənan Abdullayev
  • Bu gün, 17:00
    Azərbaycan kubokunda finalın vaxtı açıqlandı
  • Bu gün, 16:35
    Hamıdan yaxşı o oldu
  • Bu gün, 16:04
    Baş məşqçi kimi yığmaya qayıtdı - DÇ-nin İSTEFASI
  • Bu gün, 15:34
    "Kəpəz"in Gəncəyə qayıdışı təsdiqləndi, "Şamaxı" problemlə üzləşdi
  • Bu gün, 15:22
    Premyer-liqada yeni mövsümün püşkü atıldı
  • Bu gün, 14:36
    Gözlənilən təyinat rəsmən açıqlandı - DÇ-nin TƏYİNATI
  • Bu gün, 14:14
    "Sabah" - KuPS matçını polşalı hakim idarə edəcək
  • Bu gün, 13:49
    “Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
  • Bu gün, 13:23
    “Neftçi”yə xəbərdarlıq: Minsk “Dinamo”su üçün ev-səfər anlayışı yoxdu!
  • Bu gün, 12:54
    “Oley Oley” kampaniyasında ilk avtomobilin sahibi bəlli oldu
  • Bu gün, 12:36
    Millimiz Bakıda yoldaşlıq görüşü keçirəcək - rəqib bəllidi
  • Bu gün, 12:08
    ''Yeni mövsüm böyük bir meydan oxumaq olacaq'' - Ake ''Fənərbaxça''da ilk günlərin təəssüratını bölüşdü
  • Bu gün, 11:35
    Tiav vəzifəsindən azad olundu - DÇ-nin İSTEFASI
  • Bu gün, 11:00
    Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
  • Bu gün, 10:33
    Mövsümün əvvəlini buraxa bilər - DÇ-nin EHTİMALI
  • Bu gün, 10:12
    UEFA reytinqində liderik!
  • Bu gün, 09:51
    "İnanıram ki, növbəti matça daha yaxşı formada çıxacağıq" - Qurban Qurbanov
  • Bu gün, 09:30
    "Potensial rəqiblər sırasında qarşılaşmaq istəmədiyim iki komandadan biri "Torpedo" idi"
  • Bu gün, 09:09
    "Neftçi"nin Konfrans Liqasındakı rəqibi bəllidi
  • Bu gün, 01:50
    "Sabah", "Zirə" və "Qarabağ" avrokubokların 2-ci təsnifat mərhələsində! - YENİLƏNİB
  • Bu gün, 00:30
    "Qarabağ" "Vestri"ni keçsə, Sofiya klubu ilə qarşılaşacaq
  • Bu gün, 00:08
    Nəhənglərin ulduzları əldən çıxa bilər - onlardan biri qalmaq, digəri ayrılmaq istəyir
  • Dünən, 23:30
    Vembanyama 252 milyon dollarlıq müqavilə bağladı!
  • Dünən, 23:01
    "Vestri" - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 21:51
    “Qarabağ”ın səfər oyunu göstəriləcək!
  • Dünən, 21:06
    6 milyon avroluq KuPS... - ötən il tarix yazan finlər “Sabah”a qarşı
  • Dünən, 20:45
    AFFA-da qadın liqalarının klub nümayəndələri ilə görüş keçirildi
  • Dünən, 20:23
    “Qalatasaray” bu yayın ilk transferini reallaşdırdı
  • Dünən, 19:45
    "Torpedo" - "Zirə": START HEYƏTLƏRİ
  • Dünən, 19:00
    “Hossam Messini “10 nömrəli oyunçu” adlandırırdı”
Daha çox
Oxunub: 236
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 235
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 225
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 207
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 160
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 154
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə