Misli premyer-liqasının 31-ci turunda "Sabah"ı qəbul edən "Turan Tovuz" ciddi itki ilə üzləşib.
"Football-plus.az" xəbər verir ki, komandanın qapıçısı Tərlan Əhmədli görüşün 48-ci dəqiqəsində zədələnib.
Oyunu davam etdirə bilməyən qolkiperi Mehman Hacıyev əvəzləyib. Bu, Hacıyevin "Turan Tovuz"da bu mövsüm ilk rəsmi oyunu olub.
Qeyd edək ki, "Turan Tovuz"un digər qapıçısı Kamal Bayramov cəzalı durumda olduğundan o da bu oyunda komandasına kömək edə bilmir.