Sol cinah müdafiəçisi olmayan "Rakuv" Toralı transfer edə bilər! - bəs meneceri nə deyir?

18.11.2026 19:56 0
Ölkə futbolu / Manşet
Türkiyənin 1-ci liqa klubu "Bursaspor"da ümidləri doğrulda bilməyən Toral Bayramovun Polşaya üz tutacağı iddia olunur. Xüsusən də Türkiyədəki sosial şəbəkə istifadəçiləri futbolçunun qışda Mahir Emrelinin də şərəfini qoruduğu "Rakuv"a keçəcəyini iddia edir.

Əslində bu qərarı məntiqli saymaq olar. Ona görə ki, Toral ilə Mahir millimizdə və "Qarabağ"da da komanda yoldaşı olublar və anlaşmaqda ciddi problemlə üzləşməyəcəklər. Üstəlik Polşa klubunun heyətində sol cinah müdafiəçisi yoxdu. Bu mövqədə, adətən, ampluca mərkəz müdafiəçisi olan Stratos Svarnas forma geyir. 2 milyon avro dəyərində oyunçu cari mövsümdə Polşa çempionatında keçirdiyi 11 matçda məhsuldar hərəkətlə yadda qalmayıb.

Yaxşı bəs Toralın "Rakuv"la danışıqlar apardığı haqda informasıyalar həqiqəti əks etdirirmi?

Bu sualla futbolçunun meneceri Tural Əsgərliyə müraciət etdik. Onun "Football-plus.az"a cavabı qısa oldu:

"Vallah, bildiyim qədər, bu xəbərləri yazanlardan başqa heç kimdə belə məlumat yoxdu".

Xatırladaq ki, Toral bu ilin yayında "Bursaspor"la üçillik müqaviləyə qol çəkib.

KƏNAN BAHADIR