Mahir Emreli erməninin komandasını məğlub etdi!

8.11.2026 23:12 0
Aktual / Dünya futbolu
Bu gün Polşa çempionatında 14-cü turun son oyunları keçirilir. Mahir Emrelinin şərəfini qoruduğu “Rakuv”un “Legiya” ilə səfər oyunu başa çatıb. Qonaqlar çempionatın liderlərindən biri olan komanda üzərində parlaq və sürpriz qələbə qazanıb – 4:2. Start heyətində yer alan həmvətənimiz 73 dəqiqə oynayıb, komandasının 2-ci qolunda məhsuldar ötürmə verib. Emreli həm də “Rakuv”un heyətində ən yüksək 2-ci qiyməti alıb.
“Legiya”nın turnir cədvəlinin 3-cü pilləsində qərarlaşdığını nəzərə alsaq, “Rakuv”un qələbəsi çoxlarını təəccübləndirir. Yeri gəlmişkən, varşavıların heyətində Ermənistan yığmasının üzvü Vahan Bıçaxçyan da çıxış edir. Təcrübəli yarımmüdafiəçi 2-ci hissədə meydana çıxıb, qol da vurub.
“Rakuv” bu qələbədən sonra 12 xalla 15-16-cı yerləri bölüşür.